Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlarsız boş vaxtımızı təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr hətta vacib iş aləti də olur.
Beləliklə, aşağıda dünyanın ən məşhur 10 sosial şəbəkəsi haqqında danışacağıq.
10. “Reddit”
Reddit sosial xəbər saytıdır. İstifadəçilər link, şəkil, video bölüşməklə yanaşı, öz yazdıqları materialları da sayta yükləyə bilirlər. Sayt 2005-ci ilin iyun ayında təsis edilib. 2019-cu ildə Çinin “Tencent” şirkəti “Reddit”ə 150 milyon dollar investisiya qoyub.
9. “Sina Weibo”
“Sina Weibo” mikrobloqlar servisidir. O, 2009-cu ilin 14 avqustunda “Sina Corp” şirkəti tərəfindən işə salınıb.
Bir növ “Twitter” və “Facebook”un hibridi olan servis Çində ən məşhur saytlardan biridir.
8. “TikTok”/ “Douyin”
“TikTok” musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir.
Çində “Douyin” adı ilə tanınan sayt 2016-cı ilin sentyabrından işə salınıb.
2019-cu ilin oktyabr ayına sosial şəbəkənin istifadəçilərinin sayı 500 mln nəfərə çatmışdı.
7. QQ
QQ Çində ən geniş yayılmış ani ismarış yollamaq servisidir. QQ-nun ilkin adı OICQ idi. Bu adın əsasında artıq mövcud olan ICQ ani ismarış yollamaq servisi dururdu.
6. “Instagram”
“Instagram” foto və videoları paylaşmaq üçün sosial şəbəkə elementləri olan tətbiqdir. “Instagram” “facebook” şirkəti tərəfindən 2012-ci ilin aprel ayında alınıb. Şəbəkə 300 milyon dollar pul vəsaiti və şirkətin 23 milyon səhmi dəyərində satılıb ki, bu da ümumilikdə 1 milyard dollar təşkil edib.
2018-ci ildə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,1 mlrd nəfərə çatmışdı.
5. “WeChat”
“WeChat” Çinin “Tencent” şirkəti tərəfindən hazırlanmış mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir, ilk relizi 2011-ci ilin yanvar ayında işıq üzü görüb. Bu sosial şəbəkə vasitəsilə məlumatları eyni vaxtda bir neçə ünvana yollamaq, şəkil və video ilə bölüşmək olur.
“Bluetooth” vasitəsilə kontaktları mübadilə etmək imkanı var və istəsəniz, təsadüfi insanlarla əlaqələr qurmaq üçün müxtəlif yollar mövcuddur.
Servis “Facebook” və “Tencent QQ” kimi sosial şəbəkələrlə inteqrasiya olunur.Şəkillərii filtrlərlə emal etmək və onlara yazı əlavə etmək imkanı var.
İstifadəçilərin sayı 2019-cu ilin oktyabr ayı üçün 1,13 mlrd təşkil edib.
4. “Facebook Messenger”
“Facebook Messenger” “Facebook” tərəfindən ismarış və videoların dərhal ötürülməsi üçün yaradılmış tətbiqdir.
O, “Facebook”un əsas saytında məlumat mübadiləsi sistemi ilə inteqrasiya olunub və MQTT açıq protkolunun bazasında yaradılıb.
3. WhatsApp
“WhatsApp” mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemidir. Mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir.
Tətbiq 2016-cı ildən pulsuzdur. Hazırda milyarddan artıq istifadəçisi var.
2. “YouTube”
“YouTube” videohostinqi istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir. “YouTube” dünyada ən populyar videohostinq və ziyarətçilərin sayına görə ikinci saytdır.
İstifadəçilər videoyazılara baxa, onları paylaşa, yükləyə, dəyərləndirə, şərh edə bilirlər. Hostinqin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2 mlrd insana çatmışdı.
1. “Facebook”
“Facebook” ən iri sosial şəbəkə və eyniadlı şirkətdir.
Veb-sayt yeni açılanda “Thefacebook” adlanırdı və yalnız Harvard Universitetinin tələbələri üçün əlçatan idi. Sonra isə Bostonun digər universitetlərinin tələbələrinə də giriş verildi. Bir müddət sonra isə ABŞ-ın digər təhsil müəssisələrinin “.edu” domenində elektron ünvanı olan tələbələri də bu şəbəkədə qeydiyyatdan keçə bildilər.
Sayt 2006-cı ilin sentyabrından başlayaraq isə elektron ünvanı olan 13 yaşdan yuxarı digər istifadəçilər üçün də əlçatan oldu.
Sosial şəbəkənin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2,41 mlrd insana çatmışdı. Oxu.az