Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.
O bildirib ki, sahibkarların müraciətləri nəzərə alınaraq, Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib:
“Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda, Koreya və Çin bazarına giləmeyvələrin ixracı ilə bağlı danışıqlar gündəmdədir”.