2 C
Baku
Saturday, December 14, 2024

Nazir fermerlərə kartlar paylayıb

Kənd Təsərrüfatı Naziri İnam Kərimov Xaçmaz rayonuna səfər edib.

Banker.az xəbər verir ki, nazir “Kapital Bank” ASC-nin rayondakı filialında bir qrup şəxsə yeni subsidiya sisteminə uyğunlaşdırılmış fermer kartlarının paylanılması mərasimində iştirak edib.

Qeyd edək ki, gələn ildən Azərbaycanda fermerlərə subsidiya ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçiriləcək. Fermerlər subsidiya üçün elektron qaydada müraciət edəcək və vəsait fermer kartlarına köçürüləcək.

Nazir qeyd edib ki, ilkin mərhələdə fermerlər və gübrə, dərman, toxum və ting satmaq istəyən təchizatçılar da EKTİS-də qeydiyyatdan keçərək, özlərini tanıtmalıdırlar: “Bu, onlara fermer kartlarındakı vəsaitləri alqı-satqı zamanı qəbul etməyə imkan verəcək. Yeni subsidiya sisteminə uyğunlaşdırılmış fermer kartları ilə alış qəbul etmək üçün təchizatçılar öz satış nöqtələrini pos-terminallarla təmin etməlidirlər.

Fermer kartları subsidiya vəsaitinin yalnız 25%-ni nağdlaşdırmağa imkan verəcək. Bu kartlara fermerlər məhsul subsidiyalarını, eləcə də məhsullarının satışından əldə edilmiş vəsaiti qəbul edə biləcəklər. Həmçinin, bu plastik kartlar, gələcəkdə də fermerin nağdsız ödənişlər üzrə vasitə olacaq. Məsələn, fermer Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda iştirak etdikdə, ödənişlər də bu karta ediləcək.

Artıq 440 minə yaxın fermer qeydiyyatdan keçib, 290 minə yaxın fermer isə əkinlər barədə bəyannamələrini elektron formada təqdim edib”.

Nazir həmçinin, Xaçmaz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Xaçmaz və ətraf rayonlardan olan vətəndaşlara kənd təsərrüfatı texnikalarının sənədlərini və sürücülük vəsiqələrini də təqdim edib, daha sonra vətəndaş qəbulu keçirib.

3 2 11 3 12 2 14 2 1

Son xəbərlər
Digər xəbərlər