17 C
Baku
Monday, April 29, 2024

Bankın 33 yaşlı departament rəhbəri də deputatlığa namizədlik verir

AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.

Bu barədə Banker.az-ın şəxsə yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.

O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib. 

Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər