“Sberbank” bankomatda unudulmuş pulları müştəri hesabına qaytarılması funksiyasını təqdim edib . Bu yenilik bankomatda pulların unudulması hallarının sayını 30% azaldıb.
Banker.az xəbər verir ki, “Biz müştərilərin həyatını asanlaşdırmaq barədə düşündük və onlara bankomatda unudulmuş pulların hesaba geri qaytarılması funksiyasını təqdim etdik. Nəticədə pulların unudulması halları 30% azaldı”, – bankda bildirilir.
Əgər müştəri ATM-də müəyyən miqdarda pul çıxararaq götürməyi unutsa, bankomat bu pulu dərhal geri götürəcək. Bu halda, vəsait avtomatik olaraq müştərinin hesabına qaytarılacaqdır.
Bank eyni zamanda kartını bankomatda unudan müştərini məlumatlandırmaq funksiyasının tətbiq olunduğunu xatırlatdı. Bu funksiya tətbiq olunduqdan sonra müştərilərin kartlarını unutması halları iki dəfə azalıb.
Kredit təşkilatının verdiyi məlumata görə, hazırda ölkədəki bankomatların 40%-i resirkulyasiya funksiyası ilə təmin edilib. Bu funksiya müştəriyə bir dəfəyə 300 əskinaz almaq və daxil etmək imkanını verir.







