Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1 416 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Bu barədə qonşu ölkənin İqtisadiyyat Nazirliyinin 2020-ci il üçün hazırladığı büdcə sənədinə xəbər verir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.
11 ay ərzində idxalın 204 milyon kVt/saatı və yaxud 14,4%-i Azərbaycanın, 512 milyon kVt/saatı və yaxud 36,2%-i isə Rusiyanın payına düşüb.
©Report