10 C
Baku
Friday, December 13, 2024

Qızılın qiyməti 2013-cü ildən bəri maksimum səviyyəyə çatıb

Qızılın qiyməti 2,3% artaraq 2013-cü ilin aprel ayındakı rekordu yeniləyib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, hal-hazırda qiymətli metalın qiyməti bir unsiya üçün 1588,13 dollar təşkil edir. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, qiymət artımının əsas səbəbi Yaxın Şərqdə siyasi vəziyyətin gərginləşməsi olub.

Digər qiymətli metallar da kəskin bahalaşıb – palladiumun qiyməti 2030,28 dollar, gümüşün qiyməti isə 18,5081 dollar səviyyəsinə çatıb.

“Goldman Sachs” analitikləri qızılın neftdən daha sürətli bahalaşacağını və artım tempinin indikindən daha yüksək olacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər