Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək

Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər