ABŞ prezidenti Donald Tramp, İran İslam İnqilabı Keşikçiləri Korpusunun amerikanların İraqdakı hərbi obyektlərinə hücumlarından sonra “hər şeyin yaxşı olduğunu” bildirib.
Banker.az xəbər verir ki, bu haqda dövlət başçısı öz “Twitter” səhifəsində yazıb.
“Hər şey yaxşı gedir! Bu gün dünyanın ən güclü və ən yaxşı təchiz edilmiş ordu bizdədir!”, – Donald Tramp.
ABŞ lideri qeyd edir ki, hazırda İranın ölkəyə vurduğu zərərin qiymətləndirilməsi prosesi gedir.