Özbəkistan və Rusiya arasında 2024-cü ilədək 25 milyard dollar həcmində birgə layihələr həyata keçiriləcək.
Bu vəsait əsasən ticarət-iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə həyata keçiriləcək layihələrə yatırılacaq.
Nazirliyin məlumatında bildirilir ki, strateji tərəfdaşlığın möhkəmləndirilməsində üstün istiqamət ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsidir. Ötən ilin yanvar-noyabr aylarında dövlətlər arasında əmtəə mübadiləsi artaraq 5,8 milyard dollar təşkil edib. Özbəkistanın vilayətləri ilə Rusiyanın 70 subyekti arasında məhsuldar əlaqələr yaradılıb və inkişaf edir.
©Azərtac