9 C
Baku
Thursday, December 12, 2024

“Bank Standard”da 10 min dollara qədər qorunmayan əmanəti olanlara 4 milyon manat kompensasiya ödənilib

Bu gün ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub.

İclasda iştirak edən Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib ki, “Bank Standard”da 10 min ABŞ dollarına (17 min manat) qədər qorunmayan əmanəti olan 15 650 fiziki şəxsə 6,7 milyon manat kompensasiya ödənilməsi nəzərdə tutulub: “Artıq 565 nəfər təxminən 4 milyon manat kompensasiya alıb”.

Xatırladaq ki, ADIF bağlanmış banklarda 10 min dollara qədər qorunmayan əmanəti olan təxminən 42 min fiziki şəxsə güzəştə gedib və onların pulunu ilk növbədə qaytarmağı vəd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər