10 C
Baku
Thursday, December 12, 2024

Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq®

Kapital Bank ölkədə kiçik və orta sahibkarlığın inkişafına daim dəstək göstərir və mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, bank növbəti tədbirin rəsmi tərəfdaşı kimi çıxış edəcək. Belə ki, 20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə keçirilən “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur. 

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər