6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın büdcə kəsiri 7 ildə ilk dəfə olaraq 1 trilyon dolları keçib

2019-cu ildə bu göstərici əvvəlki il ilə müqayisədə 17,1% yüksək olmuşdur.

Banker.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 2019-cu təqvim ilində ölkənin büdcə kəsiri 1 trilyon dollardan çox olub. Bu, 7 ildə ilk dəfədir ki, baş verir.

Maliyyə ilinə gəldikdə, oktyabr ayında büdcə kəsiri 356,6 milyard dollar təşkil edib (keçən il ilə müqayisədə 11,7% çox). Bu temp davam etsə, 2019-2020-ci maliyyə ilin sonuna qədər büdcə kəsirinin 1 trilyon dolları keçəcəyi ehtimal olunur.

Daha əvvəl Donald Tramp, təşviq siyasətinin, o cümlədən korporativ verginin azaldılması və təcavüzkar tənzimləmənin  “qırmızı mürəkkəb” axınının qarşısını almağa kömək edəcəyini vəd etmişdir. Lakin bunun tamamilə əski baş verib. Büdcə kəsirini artdıqca ABŞ-ın hazırda 23,3 trilyon dollar təşkil edən dövlət borcu da artmağa davam edir.

Son xəbərlər
Digər xəbərlər