6 C
Baku
Sunday, December 15, 2024

Xəsis Bezos: biznesmeni filantropiyaya az pul ayırmaqda günahlandırırlar

Dünyanın ən zəngin insanlarından biri olan Jeff Bezos, Avstraliyaya kömək üçün cəmi 690 min dollar pul ayırıb.

Banker.az xəbər verir ki, “Amazon” şirkətinin qurucusu və icraçı direktoru Jeff Bezos, öz “Instagram” hesabında Avstraliya yanğınlarının qurbanlarına dəstək üçün 1 milyon Avstraliya dolları (690 min ABŞ dolları) bağışlamağa söz verib.

“Bizim qəlblərimiz bu dağıdıcı meşə yanğınları ilə mübarizə aparan avstraliyalılara yönəlib”, – biznesmen yazır.

Bu paylaşım orta hesabla 92 min “like” toplasa da, tezlikdə qızğın diskussiyanın başlamasına səbəb olmuşdur: niyə dünyanın ən zəngin insanlarından biri olan Jeff Bezos bu qədər xəsisdir? Xatırladaq ki, bu gün “Amazon” şirkətinin bazar kapitallaşması 936 milyard dollar təşkil edir, biznesmenin sahib olduğu səhm paketi isə 117,4 milyard dollar dəyərində qiymətləndirilir.

“Jeff Bezos bir dəqiqədə 149,34 min dollar qazanır. Belə çıxır ki, biznesmen 4,6 dəqiqəsini bağışlayıb. Əgər o, günlük qazancını bağışlasaydı, məbləğ 215 milyon dollar təşkil edərdi”, – paylaşımın altındakı müzakirələrə qatılan qadınlardan biri yazır.

“Bu məbləğin sonuna iki dənə “sıfır” əlavə etsəniz belə yenə az olacaq”, – digər istifadəçi yazır.

İzləyicilərin fikrincə, Bezos-un bu addımı “özünü məşhurlaşdırmağın vasitələrindən biridir”, çünki sərvəti qat-qat az olan tanınmış insanlar daha çox pul bağışlayıblar.

Son xəbərlər
Digər xəbərlər