6 C
Baku
Sunday, December 15, 2024

“OPEC” 2020-ci il Azərbaycan üçün olan neft hasilatı proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə Azərbaycanda sutkalıq neft hasilatı proqnozunu dəyişməz saxlayıb.

Bu barədə qurumun dekabr hesabatına istinadən xəbər verilir.

Qeyd edilib ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalaraq 790 min barel olub. 2020-ci il üzrə də proqnozun dəyişməz qalacağı gözlənilir. 2020-ci ilin I rübündə proqnoz OPEC+ əməkdaşlığına uyğun olaraq 796 min barelə dəyişdirilib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Report

Son xəbərlər
Digər xəbərlər