10 C
Baku
Wednesday, December 11, 2024

Xariclə ticarət əməliyyatlarında – Manat gözləntilərin əksinə gedib

2019-cu il ərzində Azərbaycan Respublikasından ixrac olunan və idxal olunan məhsullarda milli valyuta manatla əməliyyatların həcmi kəskin fərqlə azalmalı olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin 12 ayı ərzində milli valyuta ilə  46,67 mln. dollar ixrac  və 6,95 mln. dollar dəyərində ixrac əməliyyatı baş tutub ki, bu da ümumi 53,62 mln. dollarlıq (hazırkı USD/AZN: 91,16 mln.) sövdələşmə xarakterli məhsulların gömrükdən keçirilməsi deməkdir.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Azərbaycanın milli valyutası ilə ümumi 111,15 mln. dollarlıq sövdələşmə xarakterləri üzrə malların keçirilməsi baş tutmuşdu.

2019-cu il ərzində 13,37 mlrd. dollarlıq sərbəst dövriyyəli (SDV) məhsul ixrac olunub, 9,83 mlrd. dollarlıq idxal əməliyyatları baş tutub.

Xatırladaq ki, Azərbaycan bir neçə qonşu ölkələr tərəfindən qarşılıqlı olaraq milli valyutalarla ticarət əməliyyatlarını reallaşdırmaq istəyir. Bura əsasən Rusiya, Türkiyə və İran kimi iri iqtisadiyyatlı ölkələr daxildir.

Lakin, statistik rəqəmlərələ baxsaq geridə qoyduğumuz il ərzində bununla bağlı irəliləmə real olaraq baş tutmayıb.

Son xəbərlər
Digər xəbərlər