-1 C
Baku
Sunday, December 15, 2024

“Alphabet” in baş direktoru süni zəka üçün yeni qaydalar tətbiq etməyi təklif edir

“Alphabet” in baş direktoru Sundar Piçai, “Financial Times” üçün yazdığı məqalədə süni zəkanın yeni tənzimləmə qaydalarına ehtiyacı olduğunu bildirib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu məsələn, üz tanıma kimi texnologiyasından irəli gələn potensial təhlükələr səbəbindən lazımdır. Bununla birlikdə, Piçai qeyd edir ki, əsas olan bu sektorun tənzimləmə mexanizminin müəyyən edilməsidir.

“Alphabet” in baş direktoru pilotsuz nəqliyyat vasitələri üçün yeni qanunlar hazırlamaq lazım olduğunu bildirib. Tibb sahəsinə gəldikdə isə mövcud qaydalardan da istifadə etməyi davam etdirmək olar.

“Bizim kimi şirkətlər yeni texnologiyalar yaratmaqla yanaşı, onlardan istifadə qaydalarını da təqdim etməlidirlər. Bizim üçün vacibdir ki, texnologiya yaxşı məqsədlərlə istifadə edilsin və hər kəs üçün əlçatan olsun”, – Piçai bildirir.

Direktor süni zəkanın tənzimlənməsində ölkələr arasında əməkdaşlığın dünyada ortaq standartların formalaşması üçün vacib olduğunu da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər