9 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstan Azərbaycandan ucuz işçi aparmaq istəyir

Bolqarıstanda əhalinin sayı və bununla yanaşı işçi qüvvəsi ildən-ilə azalır. Bu barədə ölkənin Əmək və Sosial Siyasətlər Nazirliyi bildirib. Qeyd edilib ki, mövsümü işlərdə çalışmaq üçün ölkəyə Ermənistan, Gürcüstan, Moldava və Ukraynadan ucuz işçi qüvvəsi gəlir. Təkcə turuzm sektorunda çalışmaq üçün gələnlərin sayı təxminən 8 mindən artıqdır.

Türkiyə mətbuatına istinadən, Bolqarıstan aktiv işçi qüvvəsi tapmaq üçün Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Monqolustan ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. 2011-ci ildə Bolqarıstanda əhalinin sayı 7,36 milyon olaraq göstərilib. Ölkə 2007-ci ildən Avropa Birliyinə daxil olduqdan sonra ötən il əhalinin sayı 7 milyondan aşağı düşüb. Ötən il ölkədə 15-64 yaş üzrə çalışanların sayı 3,2 milyon olub. Ortalama maaşın 630 avro olduğu Boqarıstanda işləyənlərin təxminən 12 faizi 155 avrodan aşağı maaş alır.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər