Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini bildirib.
Parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.
Qeyd edək ki, Ali Radanın növbəti sessiyası fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.
©Report