Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə “AZNOF” MMC arasında müqavilə imzalanıb.
Banker.az xəbər verir ki, müqavilədə Əmlak Xidmətləri Məkanının tikintisi işləri nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 4 milyon 707 min 901 manatdır.
Bildirək ki, 2019-cu ilin dekabr ayında isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi üçün Əmlak Xidmətləri Məkanı üçün İnformasiya Texnologiyaları avadanlıqlarının alınmasına 1 milyon manata yaxın vəsait yönəldib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Həmçinin Komitə sədri xidmət məkanının tezliklə Gəncə və Xaçmazda da açılacağını da bildirmişdir.
Qeyd edək ki, Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.