7 C
Baku
Sunday, December 15, 2024

Bu il dünyada işsizlərin sayı azalacaq

BMT-nin əmək münasibətlərini tənzimləyən Beynəlxalq ƏməkTəşkilatı (International Labour Organization – ILO) bu il dünyada işsizlərin sayının, təxminən, 2,5 milyon nəfər artacağını gözləyir. 

Bu barədə xarici mətbuata istinadən xəbər verilir. 

Qurumun məlumatına görə, hazırda dünyada 2,5 milyon əmək qabiliyyətli insan işsizdir. Əmək qabiliyyətini itirmiş insanların sayı isə 473 milyon nəfərdir. 

“Milyonlarla sadə insanın işləməklə daha yaxşı həyat qurması getdikcə çətinləşir. İş yerlərindəki davamlı və əhəmiyyətli bərabərsizliklər, məhrumiyyətlər uyğun işin və daha yaxşı bir gələcəyin qarşısını alır. Bu, sosial bərabərlik baxımından dərin və narahatedici bir vəziyyətdir”, – ILO-nun baş direktoru Qay Yarder vurğulayıb.

Qeyd edək ki, hazırda dünyada səmərəli və yüksək maaşlı iş yerlərinin az olması səbəbindən 630 milyondan çox insanın gündəlik qazancı 3,2 dollardan azdır və onlar həddindən artıq və yaxud orta dərəcədə yoxsulluq səviyyəsində yaşayır.

©Report

Son xəbərlər
Digər xəbərlər