İngiltərənin baş naziri Boris Conson tərəfindən hazırlanan “Brexit” layihəsi, ölkə Parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib.
Banker.az xəbər verir ki, bu haqda “Sky News” məlumat verib.
Qanun yanvarın 23-də kraliça tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Qeyd edildiyi kimi, yanvarın 29-u Avropa Parlamentində səs vermə keçiriləcək, London və Brüssel arasında isə ratifikasiya edilmiş sənədlərin mübadiləsi həyata keçiriləcək.
Xatırladaq ki, İngiltərənin Avropa İttifaqından çıxması yanvarın 31-də baş tutmalıdır, lakin mütəxəssislər 2020-ci ilin sonuna qədər heç bir dəyişikliklərin olmayacağını ehtimal edirlər.
Böyük Britaniyanın Aİ-dan çıxması məsələsi ilə bağlı referendum 2016-cı ilin iyun ayında keçirilmişdir, əhalinin 51,9%-i bu qərarın leyhinə səs verib.