Mişustin işsiz qalan nazirlərə yeni vəzifə verdi

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni hökumətdə yer almayan nazirlərə vəzifə verib. Müvafiq sərəncamlar hökumətin saytında yerləşdirilib.

O, ölkənin keçmiş Səhiyyə naziri Veronika Skvortsovanı Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.

M.Mişustinin digər sərəncamı ilə Maksim Topilin Rusiya Pensiya Fondunun sədri vəzifəsinə təyin olunub. Əvvəlki hökumətdə o, Əmək və Sosial Müdafiə naziri vəzifəsini tuturdu.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər