Bir dəfə üç qardaş quyuda oturan Xoşbəxtliyə rast gəlirlər. Qardaşlardan biri quyuya yaxınlaşır və Xoşbəxtlikdən ona pul verməsini tələb edir. Xoşbəxtlik onu pullara qərq edir və o sevincək halda oradan uzaqlaşır. Bunu görən ikinci qardaşda quyuya yaxınlaşır və Xoşbəxtlikdən gözəl bir qadın istəyir. O da dərhal öz arzusuna qovuşur və “bəxşişi”ni götürərək gedir.
Nəyahət üçüncü qardaş da quyuya yaxınlaşır.
— Sənə nə lazımdır? – deyə Xoşbəxtlik soruşur.
— Bəs sənə nə lazımdır? — deyə üçüncü qardaş soruşur.
— Məni buradan çıxar — deyə Xoşəbəxtlik ondan xahiş etdi. Oğlan əlini quyuya doğru uzadır, Xoşbəxtliyi quyudan çıxarır və arxasını dönərək çıxıb gedir. Xoşbəxtlik isə onun ardıyca və izləriylə getməyə başlayır.
Comments are closed.