19 C
Baku
Wednesday, October 2, 2024

Azərbaycanda bankların verdiyi hər 100 manat pulun 5 manatı geri qayıtmır

Samir Əliyev: “2013-cü ildə problemli kreditlərin həcmi 30 milyon dollar idisə, 2014-cü ilin ilk 3 ayında bu göstərici 60 milyona çatıb”

“Hal-hazırda problemli kreditlərin həcmində artım müşahidə edilir. Lakin bu göstərici o qədər də təhlükəli səviyyədə deyil. Bankların verdiyi hər 100 manat pulun 5 manatdan çox hissəsi geri qayıtmır. Beynəlxalq Təşkilatların hesabatında Azərbaycanda problemli kreditlərin durumunun 10%-dən yuxarıolduğu bildirilir.”

Bu sözləri AzadXeber.net saytına iqtisadçı-ekspert Samir Əliyev ölkədəki problemli kreditlərin durumu ilə bağlı açıqlama verərkən qeyd edib. Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə 10%-lik göstərici kiritik hədd sayılır: “Rəsmi məlumatlarda isə bu göstərici 5,2%-dir və kritik həddən aşağıdır. Ona görə də Mərkəzi Bank tərəfindən verilən rəsmi rəqəmlər həqiqəti əks etdirmir. Eyni halda Mərkəzi Bank problemli kreditlərin səviyyəsini nəzərə alaraq, kredit şərtlərini kifayət qədər çətinləşdirib.  2013-cü ildə problemli kreditlərin həcmi 30 milyon dollar idisə, 2014-cü ilin ilk 3 ayında bu göstərici 60 milyona çatıb.”

İl-ildən problemli kreditlərin səviyyəsinin artacağını söyləyən Samir bəy, “vətəndaşların kreditləri qaytara bilməməsinin başlıca səbəblərindən biri faiz dərəcələrinin həddən artıq yüksək olmasıdır. Digər bir səbəb isə vətəndaşların düşünmədən və araşdırmadan kredit götürməsidir. Hətta xəstəlik və təcili problemlərinin həlli üçün kredit götürəndə faiz dərəcələrinə belə fikir vermirlər”, – deyə bildirdi: ”Eyni halda bankların kredit siyasəti ilə bağlı da ciddi problemlər var. Belə ki, kreditlər və müştərilər düzgün qiymətləndirilmir.”

azadxeber.net

Son xəbərlər
Digər xəbərlər