9 C
Baku
Friday, December 13, 2024

“Azərbaycandan Fransaya əsas qeyri-neft məhsullarının ixracını genişləndirmək mümkündür”

“Azərbaycandan Fransaya xam neftdən başqa ixrac olunan əsas qeyri-neft məhsullarının – fındıq, meyvə-tərəvəz, xurma, şərab və s. ixracını genişləndirmək mümkündür”.

Bunu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə işgüzar görüşü zamanı çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, 2019-cu il Azərbaycan ixracın 3%-i Fransanın payına düşüb. Fransadan idxal olunan məhsullar isə ümumi idxalın 2,1%-ni təşkil edib.

“Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, 2018-ci il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşüb”, – deyə V. Qasımlı qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan ilə Fransa arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

©APA

Son xəbərlər
Digər xəbərlər