13 C
Baku
Tuesday, May 7, 2024

Gəncədə bank kartlarından pul çıxaran şəxs həbs olunub

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinə 2019-cu il noyabr ayının 22-də Gəncə şəhəri ərazisindəki bankomatların birindən Qabaqtəpə kənd sakinləri B.Əliyevə və həyat yoldaşına məxsus 443 manat pulun bank kartlarından çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər