24 C
Baku
Monday, September 30, 2024

Bloomberg: “Facebook” koronavirus səbəbiylə işçilərini Çinə səfər etməyə qoymur

Amerikanın “Facebook” şirkəti, koronavirus səbəbiylə işçilərinə Çinə səfər etməkdən imtina etməyi tövsiyə edir.

Banker.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən xəbər verib.

Çinə səfər etmək zərurəti olduqda işçilər rəhbərlikdən icazə almalı olacaqlar. Yeni məhdudiyyətlər yanvarın 27-də qüvvəyə minib.

Qeyd edildiyi kimi, “Facebook” bu məsələyə şərh bildirməkdən imtina edib.

2019-cu il dekabrın 31-də Çin hökuməti Uxan şəhərində naməlum pnevmoniya xəstəliyinin (2019-nCoV) yayılması haqda məlumat vermişdir. Son məlumata görə bu virusa artıq 4,5 mindən çox insan yoluxub, onlardan 100 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər