“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin uzunmüddətli defolt reytinqini (IDR) və təmin edilməmiş borc reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Qurumun şirkətin reytinqi üzrə proqnozu isə “Sabit”dir.
Qeyd edək ki, SOCAR-a verilmiş reytinq Azərbaycanın suveren reytinqinə uyğundur.
Bildirilib ki, SOCAR-ın ölkədəki əksər neft-qaz layihələrində minoritar payı var, bundan başqa şirkət dövləti təmsil edir və dövlətin payına düşən mənfəət neftinin və qazının satışını həyata keçirir: “Əlavə olaraq, SOCAR-ın dövlətin dəstəklədiyi Cənub Qaz Dəhlizi kimi əsas enerji layihələrdə də payı var”.
Qeyd edilib ki, 2018-ci ildə dövlətin gəlirlərində SOCAR tərəfindən ödənilən verginin payı 10% təşkil edib: “Dövlətin payına düşən və Azərbaycan Dövlət Neft Fonduna transfert olunan mənfəət neftinin satışından əldə olunan məbləğ dövlətin gəlirlərinin 80%-ni təşkil edib. 2017-ci ildə isə mıbfəət neftinin gəlirlərləd payı 65% olub. Artım beynəlxalq bazarlarda neftin qiymətinin qalxması ilə bağlıdır”, – hesabatda qeyd edilib.
Bildirilib ki, reytinqin dövlətə uyğunluğu SOCAR-ın sosial rolu ilə də bağlıdır. Agentliyin analitikləri bildirib ki, onun əsas funksiyalarından biri yanacağın istehsalı və daxili bazarda tənzimlənmiş qiymətlərdə satışıdır. “Bu, şirkətin əməliyyat xərclərini ödəsə də, beynəlxalq qiymətlərdən aşağıdır. Bildirilib ki, SOCAR Azərbaycanda 50 mindən çox insanı işlə təmin edir”,- “Fitch”in hesabatında qeyd edilib.
Agentliyin analitikləri hesab edir ki, SOCAR-ın yüksək levereci avtonom kredit profili “b+” olaraq məhdudlaşsa da onun biznes profili güclüdür və “bb” kateqoriyasına uyğun gəlir.
Report