Gürcüstan koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Çinə birbaşa uçuşları dayandırıb.
Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, artıq bu barədə Çin Xalq Respublikasının aviasiya orqanlarına və müvafiq hava yolu şirkətlərinə xəbərdarlıq edilib.
Məhdudiyyətin 29 mart 2020-ci il tarixinədək davam edəcəyi bildirilib.
©APA