Ötən il ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 15,1 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən il 2018-ci ildə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Hindistan gəlir.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 7,7% artaraq 33 302,81 mln. dollar təşkil edib.
Ötən il Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:
# |
Ölkə |
İxrac, ABŞ dolları |
Ümumi ixraca nisbətən, % |
2018-ci ildə reytinqdə mövqeyi |
1 |
İtaliya |
5 638 641 820 |
28,72 |
1 |
2 |
Türkiyə |
2 862 694 580 |
14,58 |
2 |
3 |
İsrail |
1 331 616 190 |
6,78 |
3 |
4 |
Hindistan |
955 865 620 |
4,87 |
5 |
5 |
Almaniya |
931 783 430 |
4,75 |
6 |
6 |
Çin |
752 162 630 |
3,83 |
– |
7 |
Rusiya |
731 826 200 |
3,73 |
8 |
8 |
İspaniya |
704 459 850 |
3,59 |
14 |
9 |
Çexiya |
647 451 220 |
3,30 |
4 |
10 |
Gürcüstan |
586 904 090 |
2,99 |
12 |
©APA