1 C
Baku
Saturday, December 14, 2024

Rusiya Çinlə sərhədi bağladı

Rusiyanın Baş naziri Mixail Mişustin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalayıb.

Qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib.

Baş nazir hökumətin iclasında sərəncamla bağlı müvafiq tapşırıqların verildiyini deyib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər