10 C
Baku
Friday, December 13, 2024

JP Morgan Çinin iqtisadi artım proqnozunu azalacağını proqnozlaşdırır

ABŞ-ın “JP Morgan” İnvestisiya Bankı koronavirusun Çinin iqtisadi artım sürətini azaldacağını proqnozlaşdırır.

Bank bu ilin I rübü üçün Çinin iqtisadi artım proqnozunu 6%-dən 5,6%-ə, illik proqnozu isə 5,9-dən 5,8%-ə endirib.

“Koronavirus ən çox turizm, pərakəndə və əyləncə sektorlarına təsir edəcək. Çində yeni il tətili istehlakçı xərçləri üçün “qızıl mövsüm” sayılır, ancaq epidemiya səbəbindən insanlar evindən çıxa bilmirlər”, – deyə, Bankın analitiki Haibin Zhu bildirib.

©Report

Son xəbərlər
Digər xəbərlər