“Bu ilin birinci yarısında bank sektorunun tam sağlamlaşdırılmasını başa çatdıracağıq”.
Bunu Azərbaycan mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bank sektorunda zəiflik var, bu gün AMB genişlənmiş mandatına görə bu işlərlə məşğuldur.
O həmçinin qeyd edib ki, sığorta sektorunun aktivləri ötən il ərzində 13%, ödənişlər 25% artıb.
©APA