6 C
Baku
Monday, December 16, 2024

Prezident bankların rayonlara etdiyi ayrı-seçkiliyə son verməyə çağırdı

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda banklarla bağlı daha bir məsələyə də toxunmaq istədiyi deyib.

O, rayonlarda və kənd yerlərində təklif edilən girov əmlakla bağlı deyib:

“Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.

Son xəbərlər
Digər xəbərlər