1 C
Baku
Saturday, December 14, 2024

Ötən il Astara terminalında gündəlik 1 400 ton yük aşırılıb

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsində ölkəmizin aktiv fəaliyyəti Azərbaycan, Rusiya və İran arasındakı əlaqələrin inkişafı ilə yanaşı, dəhlizin digər üzv dövlətləri ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Bu isə ölkəmizin nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə də öz töhfəsini verir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Express” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində Azərbaycan-İran sərhədi yaxınlığında, qonşu dövlətin ərazisində yerləşən, Astara yük terminalının inşası davam edir. Buna baxmayaraq artıq 2018-ci ildən başlayaraq tikinti işləri ilə yanaşı terminalda yükaşırma əməliyyatları həyata keçirilir. Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımaların həcminin artırılması nəticəsində, “ADY Express”in operator olduğu, Astara yük terminalından 2019-cu il ərzində aşırılan yük həcmlərində artım müşahidə edilib.

yol1

Belə ki, 2019-cu ildə Astara terminalında 363 842 ton yük aşırılıb. Bu isə aşırılan yüklərin həcmində 33 % artım deməkdir. Müqaisə üçün, 2018-ci ildə bu göstərici 263 976 ton təşkil edib. Azərbaycandan tranzit kimi nəql olunan yüklər, həm Rusiyadan İrana həm də əks istiqamətində daşınan yüklərdir. Buların arasında əsasən, taxta və taxta məmulatları (aşırılan yüklərin ümumi həcmindən 48% təşkil edib), dənli bitkilər (17%), tikinti materialları (18%), meyvə-tərəvəz, konteyner və digər yüklərdir (17%). 2019-cu ildə gün ərzində aşırırlan yüklərin həcminə gəlincə, terminalda orta hesabla gündə 23 vaqon və ya 1 373 ton yük aşırılıb ki, 2018-ci ildə bu göstərici müvafiq olaraq 16 vaqon və ya 1056 ton yük təşkil edib. Aşırılan yüklərin əksəriyyəti və ya 82% tranzit yüklərin payına düşüb.

yol2

Onu da qeyd edək ki, 2019-cu ildə ən çox yük noyabr ayında aşırılıb, həmin ayda 40 472 ton yük aşırılıb ki, bu da bu vaxta qədər 1 ay əarzində aşırılan yüklərin həcmində rekord göstərici hesab edilir.

Xatırlada ki, “Şimal-Cənub” Beynəlxaql Nəqliyyat Dəhlizi çərçivəsində Astara terminalının inşasına 2016-cı ildə start verilib, 2018-ci il mart ayında tikintinin birinci fazası yekunlaşdırıldı. Yükaşırma əməliyyatları terminalda 2018-ci ilin fevral ayından həyata keçirilir.

©Report

Son xəbərlər
Digər xəbərlər