13 C
Baku
Friday, November 8, 2024

İlon Maskın sərvəti bir gündə 5 milyard dollar artdı

“Tesla” şirkətinin baş direktoru İlon Maskın sərvəti son 24 saat ərzində 4,6 milyard dollar artıb.

Banker.az xəbər verir ki, bu məlumat real vaxt rejimində yenilənən “Forbes Real-Time” dən götürülüb. İlon Maskın kapitalı 13,11% artıb ki, bu da Avropanın ən zəngin adamı Bernard Arno ilə müqayisədə 2,3 milyard dollar çoxdur.

“Forbes” jurnalı İlon Maskın mülkünü 39,3 milyard dollar dəyərində qiymətləndirir. 2019-cu ilin oktyabrında dünyanın ən zəngin 400 adamın reytinqi dərc edilmişdir. Bu siyahıda sahibkar 40-cı yer almışdır. Qiymətləndirmələrə görə, bir il ərzində İlon Maskın sərvəti 19,4 milyard dollar artıb və o, dünyanın ən zəngin insanları reytinqində artıq 24-cüdür.

Xatırladaq ki, bazar ertəsi günü “Tesla” səhmləri 20% artaraq rekord səviyyəyə çatıb – 780 dollar. Şirkətin avtomobil istehsalı güclənib: 112 min avtomobil satılıb ki, bu da “Tesla” nın inkişaf tarixində rekord göstəricidir. 2019-cu ildə şirkət ümumilikdə 367 avtomobil satıb.

Fevralın 4-ü “Tesla” səhmlərinin qiyməti daha çox artaraq 880 dollar qiymətinə çatıb (+13%). Şirkətin kapitallaşması 140,6 milyard dollar dəyərində qiymətləndirilir. Hal-hazırda “Tesla” yalnız “Toyota” dan geridə qalır: Yaponiya şirkəti təqribən 200 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər