Nyu-York birjasının sahibi olan “Intercontinental Exchange” (ICE) şirkəti “eBay” i 30 milyard dollara almaq istəyir.
Banker.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” məlumat verib.
Nəşrin həmsöhbətlərinin fikrincə, ICE şirkəti “eBay” i bazar kapitallaşmasından daha yüksək qiymətə almaq niyyətindədir. Xatırladaq ki, “eBay” in bazar kapitallaşması 28 milyard dollardan çoxdur.
ICE şirkətinin bu təklifindən sonra fevralın 4-ü “eBay” in səhmləri 8% artdı. Qeyd edək ki, ICE dünyanın ən böyük birja qruplarından biridir. Şirkət Nyu-York birjası ilə yanaşı, dünyanın digər fyuçers birjalarını idarə edir. 2001-ci ildə ICE London neft birjasını, 2018-ci ildə isə Çikaqo birjasını satın almışdır.
“eBay” – dünyanın ən böyük internet auksionudur. 1995-ci ildə amerikalı proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Şirkət müasir adını 1997-ci ilə almışdır.