“AzerGold” QSC “Tisgle” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “AzerGold” QSC-nin rəsmi internet səhifəsinin yenidən qurulması və mütəmadi xidmət göstərilməsi işlərinin satın alınması nəzərdə tutulub.
Müqavilənin məbləği 6 min manatdır.
Bildirək ki, 11 fevral 2015-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.







