10 C
Baku
Thursday, December 12, 2024

“Toyota” Çindəki zavodlarının fəaliyyətini dayandıracaq

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” koronavirusun yayılmasına görə fevralın 10-dan Çindəki zavodlarının fəaliyyətini dayandıracaq.

Şirkətin yaydığı press-relizdə yerli və regional hökumətlərin tövsiyələrinin, ehtiyat hissələrin tədarükü və logistikanın nəzərə alınaraq bu qərarın qəbul edildiyi göstərilib.

“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır.

Şirkət həmçinin yerli hökumət orqanlarının işini asanlaşdırmaq üçün yeni növ virusun daha çox təsir etdiyi ərazilərdə yaşayanlara yardım kampaniyasına qoşulacağını açıqlayıb. “Toyota” qoruyucu maskalar, işçilər üçün bioloji təhlükəsizlik kostyumları, dezinfeksiyaedici maddələr göndərəcək.

Qeyd edək ki, “Toyota”nın Çində avtomobil və ehtiyat hissələr istehsalı üzrə 12 zavodu var.

Əlavə edək ki, fevralın 7-si səhər saatlarına qədər Çində 31 211, digər ölkələrdə isə 220-dən çox koronavirusa yoluxma halı təsdiqlənib, 638 nəfər virusdan ölüb, 1 540-dan çoxu sağalıb.

©Report

Son xəbərlər
Digər xəbərlər