10 C
Baku
Wednesday, December 11, 2024

“İPhone” istehsalçısı tibbi maska biznesinə girir

“Apple” üçün “İPhone” istehsal edən Çinin “Foxconn” şirkəti koronavirusla mübarizəyə qoşularaq tibbi maska istehsal etməyə başlayıb.

Şirkət ilk mərhələdə işçilərinin tələbatını ödəmək üçün təxminən 1 milyon tibbi maska istehsal edəcək.

Məlumata görə, koronavirusun yayılması ilə Çində tibbi maska tapmaq getdikcə çətinləşir. Məhz bundan sonra Çinin nəhəng şirkətləri epidemiyaya qarşı mübarizəyə dəstək verməyə başlayıb.

Qeyd edək ki, fevralın sonuna qədər 2 milyon tibbi maska istehsal etməyi planlaşdıran “Faxconn” sosial media platformasından yayımladığı yazılı açıqlamada: “virusa qarşı nə qədər tez tədbirlər görsək, virusun yayılmasının qarşısını o qədər tez ala bilərik və beləliklə daha çox insanı xilas etmiş olarıq.”

©Report

Son xəbərlər
Digər xəbərlər