Vergilər Nazirliyi “Apple Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.
Banker.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A, nizamnamə kapitalı 300 000 manat, qanuni təmsilçisi isə Nurəddin Sadiq oğlu Tağıyevdir.