Türkiyənin istixana şirkət Azərbaycan bazarına girir

T­ürkiyə Respublikasında fəaliyyət göstərən istixana üzrə ixtisaslaşmış şirkət Azərbaycan bazarına daxil olur.

Banker.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, bu “Greencon Sera Sistemleri A.Ş”-dir. Şirkət artıq yanvar ayından başlayaraq dövlət qeydiyyatına alınmaqla filial şəkilində fəaliyət göstərəcək.

İstixana şirkətinin filialına direktor kimi, bir vaxtlar “Synergy Group”-a məxsus törəmə şirkəti – “WestGate Trade Market” MMC-nin rəhbəri olmuş (2013-2019-cu illər) Mahir Məmmədbağırov təyin edilib.

“Greencon Sera Sistemleri A.Ş”  Türkiyədə istixanaların dizaynı, tikintisi üçün matrialların satışı və s. kimi layihələri həyata keçirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər