“Huawei Technologies Co” şirkəti ABŞ-ın altı texnologiya şirkətindən ticarət sirlərini oğurlamaqda və mütəşəkkil cinayətkarlıqla mübarizədə geniş istifadə olunan reket qanununu pozmaqda ittiham olunur.
Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, ittiham aktında həmçinin “Huawei” in sanksiyalar altına düşən ölkələrlə əlaqə qurması göstərilib. Xüsusilə, 2009-cu ildə Tehranda hökumət əleyhinə nümayişlər zamanı etirazçıların izlənməsi, müəyyən edilməsi və saxlanılması üçün istifadə olunan avadanlıqların quraşdırılması vurğulanır.
Qeyd edək ki, “Huawei” dünyanın ən böyük telekommunikasiya avadanlıqlarının istehsalçısıdır. ABŞ-ın fikrincə, Çin gizli casusluq məqsədilə şirkətdən istifadə edə bilər. Pekin və “Huawei” bu ittihamları rədd edir.
Keçən ilin mayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” və onunla əlaqəli olan hüquqi şəxsləri “qara siyahı” ya alaraq, onların amerikan şirkətlərindən xidmət və ehtiyat hissələrini almasını məhdudlaşdırıb.