7 C
Baku
Thursday, December 12, 2024

Mark Zuckerberg “Facebook” un Müstəqil Nəzarət Şurasının yaradıldığını elan etdi

“Facebook” şəbəkəsi insanların internet-platformalarda yerləşdirilmiş məzmunla bağlı şikayət edə bilməsi üçün Müstəqil Nəzarət Şurasını yaradır.

Banker.az xəbər verir ki, bu haqda “Financial Times” (FT) qəzetində dərc olunan müəllif sütununda Mark Zuckerberg məlumat verib.

“Facebook kimi şirkətlər nəzarətə ehtiyac duyurlar. Buna görə Müstəqil Nəzarət Şurasını yaratdıq ki, insanlar internet-platformada yerləşdirilən məzmunla bağlı şikayət edə bilsinlər. Texnologiya şirkətləri cəmiyyətə xidmət etməlidirlər”, – Mark Zuckerberg bildirir. Onun sözlərinə görə, şirkət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnternet üçün ədalətli qlobal vergi qayalarını yaratmaq səylərini dəstəkləyir.

“Hesab edirəm ki, bu tənzimləmə qısa müddətli perspektivdə “Facebook” un işinə xələl gətirsə də, uzunmüddətli perspektivdə bizim üçün çox yaxşı olacaq. Bunlar həll edilməli və bütövlükdə sənayemizə təsir edən problemlərdir. İnsanların qanuni hesab etdikləri standartları yaratmasaq, onlar institutlara və texnologiyalara etibar etməyəcək”, – deyə Zuckerberg yazır.

O, şəffaflıq və açıqlıq prinsiplərinə riayət etdiyini söyləyib. Şirkət zərərverici məzmun haqqında hesabatlar dərc edərək, tənzimləyicilərə modernizasiya sisteminin işini nümayiş etdirmiş olur. Təsisçinin sözlərinə görə, konfidensiallıq qanunları şirkətlərin məlumat mübadiləsinə mane olmaması üçün “məxfilik və insan təhlükəsizliyini balanslaşdırmaq” lazımdır.

Fevralın 17-i “Facebook” onlayn məzmunun tənzimlənməsi haqqında 13 səhifəlik sənəd dərc etdi (“Ağ kitab”). Sənəd Mark Zuckerbergin özü tərəfindən, onun jurnalistlər və Avropa İttifaqının rəsmi şəxsləri ilə təşkil etdiyi görüşdə təqdim edildi. Xatırladaq ki, “Facebook” Aİ-nın rəsmi istintaqından boyun qaçırmış yeganə böyük internet şirkətdir. Bununla əlaqədar olaraq, Aİ “Facebook” un son təklifini rədd edərək, onun öz üzərinə daha çox məsuliyyət götürməli olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər