-1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən zəngin 10 ailəsinin siyahısı

Zəngin ailələrə heyran olurlar, həsəd aparırlar. Bu insanların pul problemi yoxdur. Onlar elit tədbirlərin ilk sıralarında dayanırlar.

Vesti.ru dünyanın 10 ən varlı ailə klanı haqqında məlumat yayıb.

1. Uolton ailəsi

Şirkət: “Walmart”

Sərvəti: 190.5 milyard dollar

Sem Uolton 1962-ci ildə “Walmart”ı qurub. Həmin vaxtdan bəri Uolton ailəsi tərəfindən idarə olunan şirkət pərakəndə satışla məşğul olur.

2. Mars ailəsi

Şirkət: “Mars”

Sərvəti: 126.5 milyard dollar

Hazırda şirkət Mars ailəsinin dördüncü nəsli tərəfindən idarə olunur. “Mars” – bütün dünyada məşhur olan şirniyyatların istehsalçısıdır.

3. Kox qardaşları

Şirkət: “Koch Industries”

Sərvəti: 124.5 milyard dollar

Çarlz və Devid Kox qardaşları atalarının qurduğu nəhəng imperiyaya rəhbərlik edirlər. Ancaq bu gün onlar müxtəlif namizədləri, araşdırma təşkilatlarını və lobbiçiləri maliyyələşdirərək, ölkədəki siyasi vəziyyətə təsir göstərməyə çalışdıqları üçün daha yaxşı tanınırlar.

4. Əl-Saud ailəsi

Səudiyyə Ərəbistanında kral ailəsi

Sərvəti: 100 milyard dollar

Səudiyyə Ərəbistanının kral ailəsi də dünyanın ən varlı klanları siyahısındadır. Bu ailənin neft və qaz nəhəngi “Saudi Aramco” ilə əlaqələri ailəni xeyli gəlirlə təmin edir.

5. Vertqeymer ailəsi

Şirkət: “Chanel”

Sərvəti 57.6 milyard dollar

“Chanel” Moda Evi əfsanəvi “kiçik qara paltar” və “№5” ətri ilə məşhurdur. Şirkət hazırda Alan və Gerhard Vertqeymer qardaşları tərəfindən idarə olunur.

6. Duma ailəsi

Şirkət: “Hermes”

Sərvəti: 53.1 milyard dollar

Duma klanı 19-cu əsrdə qurulmuş elit “Hermes” şirkətini idarə edir.

7. Van Damm, De Spelberx və De Mevius ailəsi

Şirkət: “Anheuser-Busch InBev”

Sərvəti: 52.9 milyard dollar

Şirkət əslində pivə ənənələri olan üç pivə zavodunu təmsil edən üç klandan ibarətdir.

8. Beringer, Fon Baumbax ailəsi

Şirkət: “Boehringer Ingelheim”

Sərvəti: 51.9 milyard dollar

“Boehringer Ingelheim” 130 ildən çox tarixi olan bir alman dərman şirkətidir. Beringerlər bir neçə nəsil boyu şirkətin nəzarəti altındadır.

9. Ambani ailəsi

Şirkət: “Reliance Industries”

Sərvəti: 50.4 milyard dollar

“Reliance Industries” neft emalı, neft-kimya məhsullarının istehsalı və toxuculuq sənayesi kimi sahələrdə fəaliyyət göstərir.

10. Kargill və Makmillan ailəsi

Şirkət: “Cargill”

Sərvət: 42.9 milyard dollar

Ardıcıl altı nəsil boyunca Cargill və Makmillan klanlarının üzvləri 150 il əvvəl Ayova ştatında qurulan “Cargill” şirkətini idarə edir. Şirkət sənaye, kənd təsərrüfatı sahəsində işləyir, ərzaq istehsal edir və müştərilərə müxtəlif xidmətlər göstərir.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər