Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.
Bunu “Azercell Telekom” şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.
O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi “Elmlər Akademiyası” stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: “Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq”.
APA