Dünyanın probleminə çevrilmiş koronavirus hər sahədə olduğu kimi kosmetoloji sahəyə də öz zərərini verib. Çünki kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu.
Banker.az Xəzər TV-yə istinadla xəbər verir ki, hazırda isə Çindən məhsul gəlmədiyindən bu sahədə də ciddi problemlər ortaya çıxıb. Belə ki, kosmeteloji prosedurlar və alınacaq məhsulların qiyməti artıb.
Korona virus təhlükəsi kosmetoloji bazarı da alt üst edib. İstər kosmetik məhsullar, istərsədə kosmetoloji prosedurların qiymətləri 50 faizdən çox artıb.
Kosmetoloqların sözlərinə görə, əvvəllər adi bir prosedur üçün 50-100 manat tələb olunurdusa, artıq bu 2 dəfədən çox bahalaşıb. Bununla yanaşı müştərilərin seçim imkanı da azalıb.
Artıq insanlar Avropadan gələn bahalı məhsullara müraciət etməli olurlar ki, bu da bəzilərinin büdcəsinə uyğun olmur.
Kosmetik məhsullar bazarında da artım var. Mağazalar Çindən məhsul gəlməməsinin bazara ciddi təsir etdiyini bildiririlər.
Satıcıların sözlərinə görə, artıq ucuz məhsul olmadığından alıcılar daha çox nisbətən bahalı məhsullara müraciət etməli olurlar.
Qeyd edək ki, kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu./baku.ws