1 C
Baku
Saturday, December 14, 2024

Prezident Fövqəladə hallar nazirini komissiyaya üzv seçdi

Azərbaycan Prezidenti fövqəladə hallar nazirinin adını yeni komssiyanın tərkibinə yazıb.

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanın 2-ci hissəsinə “Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” abzasından sonra “Azərbaycan Respublikasının fövqəladə hallar naziri” edilib.


HƏMİN FƏRMANDA SƏDR VƏ ÜZVLƏR, 1999

Komissiyanın sədri

  • Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikasının müdafiə naziri
  • Azərbaycan Respublikasının ədliyyə naziri
  • Azərbaycan Respublikasının xarici işlər naziri
  • Azərbaycan Respublikasının iqtisadiyyat naziri
  • Azərbaycan Respublikasının maliyyə naziri
  • Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
  • Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
  • Azərbaycan Respublikasının daxili işlər naziri
  • Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
  • Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
  • Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 dekabr 1999-cu il

      № 224

Son xəbərlər
Digər xəbərlər