13 C
Baku
Sunday, November 24, 2024

Həmkarlarınız arasında ən “zəhərli” şəxs olduğunuzu bildirən 3 əlamət

Demək olar ki, hər bir şirkətdə “toksik” və ya “zəhərli” insanlara rast gəlmək olar. Bu kateqoriyanın tipik nümayəndəsi hər zaman bir şeydən narazı qalan və həmkarlarının fikrini yayındıran insandır.

Bəs kimsə bu şəxsin sən olduğunu söyləsə?

Bu fikri inkar etməyə başlamazdan əvvəl, “zəhərli” işçilərin aşağıdakı əlamətlərinə nəzər yetirin. Onların sizin davranışınıza uyğun olduğunu başa düşsəniz, vəziyyəti düzəltmək üçün addımlar ata bilərsiniz.

  1. Hər zaman özünüz haqda danışmağa çalışırsınız

Hər birimiz həyatımızda heç olmasa bir dəfə də olsa bu səhvi edib. Hər bir kəs həyatı boyu müəyyən problemlərlə üzləşə bilər, bu halda diqqətə daha çox ehtiyac duyuruq. 

İşdə və ya iş yoldaşlarınızla qrup müzakirələrinə növbəti dəfə qatıldıqda daha çox dinləməyə və daha az danışmağa çalışın. Yoldaşlarınızın diqqətini çəkməyə çalışmayın, bunun əvəzinə onlara sual verin. Digər insanların da öz fikrini bildirməsi üçün şərait yaradın.  

Əgər müzakirə edilən mövzu həqiqətən də sizə aiddirsə, bu halda özünüzdən və həyat təcrübənizdən bəhs edə bilərsiniz. Əks təqdirdə, dinləmə qabiliyyətinizi nümayiş etdirin və digər tərəfi dinləyin.

  1. Passiv və aqressiv şeyləri müzakirə və ya realizə edirsiniz

Passiv və aqressiv yanaşma– iş mühitində “zəhərli” davranışın parlaq nümunəsidir. Buna misal olaraq həmkarlara ünvanlanmış kinayəli təriflər və ya onları gözardı etmək cəhdlərini  göstərmək olar. Bütün bunlar yaxşı bir şeyə gətirib çıxarmayacaq, əksinə, iş münasibətlərini məhv edəcəkdir.

Əgər bu davranış sizdə artıq vərdiş halını alıbsa, “zəhərli” insanlardan biri olduğunuzu başa düşmək sizin üçün kifayət qədər çətin olacaqdır.

Birinci addım – bu haqda daha çox informasiya toplamaqdı. 

Passiv və aqressiv yanaşma, özünü müdafiə mexanizmi kimi də göstərə bilər. Bu davranışdan müdafiə aləti kimi istifadə edən “toksik” işçilər, özlərini təhlükə altında hiss etdikdə, qısqanclıq və ya əminsizlik hisslərini duyduğu zaman bu vasitəyə əl atırlar.  

Çalışın aqressiyadan ağıllı şəkildə istifadə edin. Məsələn,  məşq sizin qəzəb və onun kimi digər mənfi hisslərdən azad edə bilər. Gündə daha çox gəzin, işdən əvvəl və ya nahar fasiləsi zamanı. Bunun nəticəsində işinizə daha soyuqqanlı və sakit qayıda bilərsiniz. 

  1. Digər insanların uğurlarına paxıllıq edirsiniz

Qısqanclıq kimi bir keyfiyyəti nəzərdən keçirək. Bu, “zəhərli” işçinin sahib olduğu əsas əlamətlərdən biridir. Əgər iş yoldaşlarınızın uğurlarına paxıllıq edirsinizsə, bu tip insanlardan biri də sizsiniz. 

İş yoldaşınız müdirinizin diqqətini özünə cəlb etməyə başladığı təqdirdə, qısqanclığınız ofisdə “zəhərli bulud” a çevrilə bilər. Mənfi hisslərinizi isə passiv və aqressiv davranışla ifadə etməyə başlayırsınız. 

Qısqanclığın əsasında gəvənsizlik dayanır. Bir şeyi başa düşün ki, iş yoldaşınızın müvəffəqiyyəti sizin uğurları azaltmış olmur. Özünüzü başqaları ilə müqayisə etməyin, məqsədlərinizi müəyyən edin və özünüzə daha çox güvənin. 

Başqalarının nailiyyətlərindən narahat olsanız, öz karyera məqsədlərinizə çata bilməyəcəksiniz. Qısqanclıq hissi əvəzinə işçilərinizə səmimi dəstəyinizi göstərin, paxıllıq emtək əvəzinə isə iş yoldaşınızın müvəffəqiyyətini şirkətin ümumi uğuru kimi qəbul edin. Enerjinizi pozitiv bir şeylərə yönəldin və daha çox çalışın. 

Son xəbərlər
Digər xəbərlər